• 27 Oktyabr 2021
logo
İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Ağdam Cümə məscidində olub

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Ağdam Cümə məscidində olub

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Ağdam Cümə məscidinə baş çəkib.
Nümayəndə heyəti ermənilərin işğal müddətində məsciddə və məscidin ətrafında törətdiyi vandallıqlarla tanış olub.
Onlara ermənilərin Cümə məscidinə vurduğu ziyan, eləcə də işğal müddətində burada törətdiyi müharibə cinayətləri, Ağdam rayonu ərazisində dini abidələri dağıtdığı, məhv etdiyi, müqəddəs ziyarətgahlarda heyvan saxladığı barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, səfərdə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, OA-nın Baş katibinin müşaviri Muhammad Javed Ghani və digər şəxslər iştirak edir.
Nümayəndə heyətinin faktaraşdırıcı missiyasının məqsədi ermənilərin sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törətdiyi vandalizm aktlarının monitorinqini aparmaqdır.
Həyata keçirilən monitorinq zamanı əldə edilmiş nəticələr əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.