• 20 Oktyabr 2021
logo
Aİ-nin xüsusi nümayəndəsi ermənilərin Ağdam Şəhidlər xiyabanındakı vandallıq əməlləri barədə məlumatlandırılıb

Aİ-nin xüsusi nümayəndəsi ermənilərin Ağdam Şəhidlər xiyabanındakı vandallıq əməlləri barədə məlumatlandırılıb

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdam Şəhidlər xiyabanına baş çəkib.
APA-nın yerli bürosu xəbər verir ki, T. Klaar ermənilərin işğal müddətində məzarlıqda törətdiyi vəhşiliyin, vandallıq əməllərinin şahidi olub.
Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ermənilərin məzarları vəhşicəsində dağıtdığını, qəbirləri qazaraq, burada dəfn olunanları təhqir etdiyini T. Klaarın diqqətinə çatdırıb. E. Hüseynov onu da bildirib ki, ermənilər işğal etdikləri digər Azərbaycan ərazilərində də qəbiristanlıqlarla eyni cür rəftar edib, azərbaycanlıların qəbirlərini dağıdaraq məhv edib, digər müharibə cinayətləri törədiblər.