• 17 Oktyabr 2021
logo
Bakının tələbi, Tehranın xahişi: “yumşalma” olar bilər...

Bakının tələbi, Tehranın xahişi: “yumşalma” olar bilər...

İran səfiri bu həftə ikinci dəfə Prezident Administrasiyasında oldu: baş verənlər fonunda Bakının tələbi, Tehranın xahişi var.
Bakı Tehrandan Xankəndiyə qanunsuz daşımanı dayandırmağı tələb edir və yalnız bu halda İran sürücülərinin işi asanlaşdırıla bilər: Xankəndiyə yük aparan iki sürücünün sənədlərlə Gorus-Qafan yolunda saxlanılması Bakının tələbində əlini gücləndirdi.
Tehran yolda yük maşınlarının keçidinin asanlaşdırılması xahişini edir və istisna deyil ki, bunun üçün Xankəndiyə yük daşınmasını dayandırmaq sözünü verib: İranın problemi həll etməsi üçün indi belə vəd verməsi gözləniləndir; Paşinyan “yaxasını kənara çəkməklə”, məsələnin Bakı və Tehran arasında həll edilməsinə çalışır; hazırda İran TIR-ları Gorus-Qafan yolu istiqamətində qalıb və erməni tərəfi yalnız keçilməz olan alternativ yol təklif edə bilir.
Gorus-Qafan yolunda “yumşalmanın” olması mümkündür, lakin Bakı anlayır ki, verilən sözlər eyni addımın atılmayacağının zəmanəti deyil: İran Xankəndiyə göndərdiyi yükləri bərbad vəziyyətdə olsa da, alternativ yolla Ermənistana, oradan Qarabağa keçirə bilər.
Təbii ki, Azərbaycan məsələni nəzarətdə saxlayacaq: Laçın dəhlizində vizual nəzarət imkanları analoji addımın müəyyən edilməsinə imkan verir.
O şübhəsizdir ki, artıq İranın Ermənistana və Qarabağa yük daşıması əvvəlki qədər asan olmayacaq və bu, Xankəndidəki ermənilərin təminatında da problemlər yaradacaq.