• 17 Sentyabr 2021
logo
Azərbaycanın Aİ yanında Nümayəndəliyinə yeni başçı təyin edilib

Azərbaycanın Aİ yanında Nümayəndəliyinə yeni başçı təyin edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri V.İ.Sadıqovun eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif İsmayıl oğlu Sadıqov eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin başçısı təyin edilib.