• 27 Oktyabr 2021
logo
İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Milli Məclisin sədri ilə görüşüb

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Milli Məclisin sədri ilə görüşüb

İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) Prezidenti Şərəf Malkoçun rəhbərlik etdiyi və İƏT OA-nın Baş Katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra qurumlarda görüşləri nəzərdə tutulub.
Ombudsman Aparatından bildirilib ki, İƏT Ombudsmanlar Assosiasiyasının Prezidenti, Baş katibinin nümayəndə heyəti və Ombudsman Səbinə Əliyeva Milli Məclisin spikeri Sahibə Qafarova ilə görüşüblər.
Görüşdə Azərbaycan, Türkiyə və Pakistan arasında dostluq münasibətlərinin tarixi faktlara dayandığı qeyd olunub, üç ölkə arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlığın çox yüksək səviyyədə olduğu bildirib.
Bundan əlavə görüşdə nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirəcəkləri birgə fakt-araşdırıcı missiya və mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqi ilə bağlı müzakirə aparılıb.
Qeyd edək ki, faktaraşdırıcı missiya çərçivəsində nümayəndə heyəti işğaldan azad edilmiş bölgələrə səfər edəcəkdir.