• 27 Noyabr 2020
logo
Səyavuş Heydərov: Azərbaycanda dini icmaların gizli fəaliyyəti qeydə alınmır

Səyavuş Heydərov: Azərbaycanda dini icmaların gizli fəaliyyəti qeydə alınmır

Artıq Azərbaycanda dini icmaların gizli fəaliyyəti qeydə alınmır və belə hal müşahidə edilməyib.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
Azərbaycandakı dini durumun əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşdığını nəzərə çatdıran S.Heydərov qeyd edib ki, ölkə qanunvericiliyi xarici ölkə vətəndaşlarının dini təbliğ etməsini qadağan edir: "Bu baxımdan dini icmaların fəaliyyətinə nəzarət kifayət qədər güclüdür. Artıq evləri gəzərək insanları müəyyən dini cərəyanlara cəlb edən dini sektalar mövcud deyil. Əvvəllər əsas narahatlığımız qeyri-islami dini cərəyanlarla bağlı idi. Onlar müəyyən sektalara bölünərək qanunları pozurdular. Bu sektalar da ölkəmizi istəməyən qüvvələrin əlində alət idilər. Artıq bizim əvvəllər sekta formasında fəaliyyət göstərən icmalarla əməkdaşlığımız mövcuddur. Onlar da belə hərəkətlərdən uzaq olmağa çalışırlar”.
S.Heydərov bildirib ki, ölkədə bütün dini icmalara bərabər münasibət bəslənilir: “Demək olar ki, qanun pozuntusuna az hallarda rast gəlirik. Əksər dini icmalar qanunun tələblərinə riayət edirlər".