• 17 Sentyabr 2021
logo
İran Qarabağa yük daşıyır: Azərbaycan polisi hərəkətə keçdi

İran Qarabağa yük daşıyır: Azərbaycan polisi hərəkətə keçdi

Bu gündən etibarən Azərbaycan polisinin Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində qurulan postunda İrana məxsus yük maşınlarının yoxlanılmasına başlanılıb.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, buna səbəb İrandan gələn yük maşınlarının sonradan erməni nömrəsini taxaraq, Laçın dəhlizindən keçməklə Xankəndiyə getməsidir.
Qeyd edək ki, 11 avqust-10 sentyabr tarixlərində İrana məxsus 58 yük maşınının qanunsuz olaraq Qarabağa daxil olduğu, onlardan 55-nin geri qayıtdığı, 3 yük maşınının isə hələ də Xankəndidə olduğu haqda məlumat yayılıb. Məlumatı təsdiqləyən foto və videolardan da görünür ki, İran yük maşınları pərdələnmək üçün erməni nömrələrindən istifadəyə çalışırlar.
Bu yük maşınlarının Xankəndiyə nə daşıdığı və nə üçün bu qanunsuzluğun edildiyi bəlli olmasa da, Azərbaycan MN artıq bu gün Rusiya sülhməramlı komandanlığına 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun davranması, İran maşınlarının Qarabağa buraxılmaması üçün müraciət edib.
Xatırladaq ki, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində polis postu bir müddət öncə qurulmuşdu.