• 28 Noyabr 2020
logo
Baronessa Emma Nikolson: Böyük Britaniya hər zaman Azərbaycana dəstək göstərib

Baronessa Emma Nikolson: Böyük Britaniya hər zaman Azərbaycana dəstək göstərib

Azərbaycanda ali təhsil müəssisələrinin məzunlarının məşğulluq imkanlarının gücləndirilməsi üçün onların hansı formada rəqabətədavamlı olması barədə düşünməliyik. Bu, istər lokal, istərsə də xarici bazarlara şamil edilir.
Bunu Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson "British Council"in Azərbaycanda həyata keçirdiyi "Məşğulluq üçün ali təhsil" proqramına həsr olunan tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan və Böyük Britaniyanın öz təcrübələrini paylaşması təqdirəlayiqdir. İki ölkə və iki xalq arasında təhsil siyasətinin formalaşması, Böyük Britaniya təcrübəsindən faydalanaraq onun resurslarından istifadə ölkələr arasında körpülərin yaranmasına kömək edir:
"Ümid edirəm ki, məzunların universitet həyatından əmək bazarına keçidinin təmini onların gələcəyi üçün qoyulan ən effektiv investisiyadır. Böyük Britaniya hər zaman Azərbaycana dəstək göstərib. Azərbaycan da Böyük Britaniya ilə tərəfdaşlıq çərçivəsində məşğulluq məsələlərinə öz töhfəsini verəcək. Azərbaycandakı tərəfdaşlarımızın, xüsusilə Təhsil Nazirliyinin, müxtəlif vətəndaş cəmiyyətinin təşəbbüsləri təqdir edilir".