“Hazırki Ermənistan ərazisindəki yaşayış məntəqələrinin adları, toponimlərin böyük əksəriyyəti türk mənşəlidir”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili Elnur Allahverdiyev qeyd edib. O, bildirb ki, bu ərazidə qədim dövrlərdən etibarən Azərbaycan türkləri yaşayıb və məntiqlə, yaşayış məntəqələrinin adları da türk mənşəli olub: “Ermənilərin Cənubi Qafqazdakı qədim türk yurduna köçürülməsindən sonra bu toponimlər mərhələ-mərhələ erməniləşdirilib. Proses elə bir mexaniki hal alıb ki, hətta Azərbaycan dilində olan kənd və ya qəsəbənin adı saxtalaşdırılarkən erməni dilində yeni ad axtarmayıb, orijinal dildən ermənicəyə çevirib məntəqənin adını dəyişiblər.
Zəngəzur müasir Ermənistan ərazisindəki türk yurdudur. Ermənilər onu dəyişdirib Sünik ediblər, hərçənd bu adın özünün erməni mənşəli olması böyük sual altındadır. “Qorqud” Vikipediya Metodiki Klubunun könüllülərinin ötən həftə yaratdıqları və əlavələr etdikləri məqalələr arasında ingilis dilində Zəngəzura həsr olunmuş məqalə də var”.
Əli