ABŞ Nümayəndələr Palatasında “Sülh Çeşməsi” əməliyyatı əsas gətirilərək Türkiyəyə sanksiya tətbiqinə dair, eləcə də 1915-ci il hadisələrini “soyqırımı" olaraq tanıyan qanun layihələri Ankara-Vaşinqton müttəfiqlik ruhuna birbaşa ziddir.
Trend-in məlumatına görə, bu haqda Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun "Twitter" hesabında yazıb.
Administrasiya rəsmisi layihənin ABŞ ilə Türkiyənin ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqla bağlı danışıqların aparıldığı bir dövrdə Vaşinqtonun siyasətinin pozulduğunu qeyd edib:
“Bu qanun layihəsi Türkiyənin terror təşkilatları ilə mübarizəsində qərarlılığına mane ola bilməz, sadəcə ikitərəfli əlaqələrimizin gələcəyini təhdid altına ala bilər və bu əlaqələrə zərər verə bilər. Əlaqələrimizə zərər verə biləcək bu cəhdlərin ikitərəfli iş birliyimizin bir çox sahələrində uzunmüddətli mənfi nəticələri olacaq”
F.Altun ABŞ Nümayəndələr Palatasında 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qanun layihəsinin qəbul edilməsi ilə bağlı səsverməyə çıxarılan qanun layihəsinin ABŞ-Türkiyə əlaqələrinə dəyər verən hər kəs üçün narahatverici bir vəziyyət olduğunu bildirib.