• 29 Noyabr 2021
logo
“Bu Rusiyanın ənənəvi siyasətidir”

“Bu Rusiyanın ənənəvi siyasətidir” - politoloq

“Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovun yerinə Cənub Hərbi Dairə komandanının müavini Aleksey Avdeyev təyin olunub. Rüstəm Muradov Dağıstan doğumlu idi, Aleksey Avdeyev də müsəlmanların əhatəsində böyüyüb, 1967-ci ildə Daşkənddə anadan olub. Bu Rusiyanın ənənəvi siyasətidir, yerlərdə elə təmsilçilər təyin edir ki, ixtilaf doğurmasın”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib: “Ancaq önəmli olan “sülhməramlılara” komandanlıq edənin harda doğulduğu və isminin Rüstəm olması deyil. Rüstəmlər, Alekseylər Moskvanın təlimatı əsasında hərəkət edirlər, Müdafiə Nazirliyinin tapşırıqlarını yerinə yetirirlər. Əgər Moskvadan “erməni separatçılarının lideriylə təmasda olun”, “Qarabağdakı ermənilərin sosial problemlərinin həllində fəal olun, infrastuktur çalışmalarında yer alın” təlimatlarını alırlarsa, bu əmrləri yerinə yetirməlidirlər. Ona görə də Alekseyin Rüstəmdən fərqli olacağını, Azərbaycan iradlarını nəzərə alacağını söyləmək mümkün deyil. Biz öz işimizi görməliyik”.

Əli