• 28 Noyabr 2021
logo
Qarabağ Azərbaycandır, Rusiya hörmət edir, ermənilər isə...

Qarabağ Azərbaycandır, Rusiya hörmət edir, ermənilər isə...

İndiki Ermənistan beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində yaşamalı və inkişaf etməlidir. KTMT-nin öhdəlikləri yalnız və yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ermənistana aiddir.
Bu sözləri rusiyalı tanınmış hərbi ekspert, “Milli müdafiə” jurnalının redaktoru İqor Korotçenko qeyd edib.
“Qarabağ Azərbaycandır. Rusiya Azərbaycanın ərazi bütövlüyünə hörmət edir və Kreml bunu dəfələrlə bəyan edib.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər de-fakto və de-yure çoxmillətli Azərbaycanın vətəndaşlarıdır. Bu reallığı dərk etmək və qəbul etmək vaxtıdır”, - Korotçenko bildirib.
Qeyd edək ki, ötən gün Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti olaraq yerləşən rus sülhməramlılarının kazarma, mənzil və s. xidməti üçün tender elan etməsi və tenderin icra edildiyi yer kimi “Dağlıq Qarabağ Respublikası” ifadəsindən istifadə edilməsi fonunda İ.Korotçenkonun bu sözləri diqqət çəkib.