• 4 Dekabr 2021
logo
“Star” qəzetinin köşə yazarı: “Ağdam Türk yurdudur”

“Star” qəzetinin köşə yazarı: “Ağdam Türk yurdudur”

“Üç gündür biz Qarabağın işğaldan azad olan ərazilərin gəzirik. Əvvəl Füzülidə olduq, sonra Şuşada, indi isə Ağdamdayıq”.
APA-nın Qarabağ bürosunun məlumatına görə, bunu Türk Şurasına üzv və müşahidəçi dövlərlərin media orqanları üçün “Azərbaycana Media Tur” çərçivəsində Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan jurnalistlərin Ağdama səfəri zamanı Türkiyədə çıxan “Star” qəzetinin köşə yazarı Həlimə Gökçə bildirib.
Onun sözlərinə görə, Ağdam 150 min insanın yaşadığı şəhər, işğaldan sonra isə xarabalığa çevrilən ruhlar şəhəri olub: “Həqiqətən insan buranı gəzərkən kövrəlir. Xaraba şəhərdə gəzirik, amma böyük binaların qalığından hiss edirik ki, böyük şəhər olub”.
Ağdam Cümə məscidində olduqlarını da deyən H. Gökçə bildirib ki, məscid yenidən tikilib qurulacaq: “Jurnaıist olaraq bura gəlib həqiqətləri daha dolğun şəkildə gördük. Həqiqətən bura Azərbaycan, bura Türk yurdudur”.