• 10 İyul 2025
logo
“Mirzoyanların cilddən-cildə girmələri yenilik deyil”

“Mirzoyanların cilddən-cildə girmələri yenilik deyil” - Sahib Alıyev

“Zamanında Rusiya Prezidentinə qarşı əsl küçə adamı kimi davranan, əlində Vladimir Putininin tərbiyəsizcəsinə təhqir edildiyi plakat gəzdirən Ararat Mirzoyanın indi kremldəkilərə difiramba oxuması anlaşılandır. O baxımdan ki, mirzoyanların cilddən-cildə girmələri yenilik deyil”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.
“Məni təəccübləndirən ona sözün hər anlamında yol göstərən Sergey Lavrovun davranışlarıdır”, - deyən millət vəkili “kimsə deyə bilər ki, o da mirzoyanlarla eyni soydandır, burada təəccüblü nə var”,- deyə vurulayıb: “Əlbəttə, elədir. Amma axı Lavrovla Mirzoyanın görüşü hayla hayın yox, Rusiya Xarici İşlər naziriylə Ermənistanın Xarici İşlər nazirinin görüşü idi.
Aydındır, Rusiya elə bir dövlətdir ki, hansı ölkəni istəsə özünə strateji müttəfiq seçə bilər. Ancaq Ararat Mirzoyan kimi birinin xarici işlər naziri olduğu ölkəni Lavrovun təbrincə desək, strateji müttəfiq adlandırmaq, fikrimcə, Rusianın dövlət olaraq prestijinə zərbə vurmaq, müttəfiqlik anlayışını təkcə taktiki deil, həm də strateji baxımdan dəyərsizləşdirməkdir”.

Əli