• 1 İyul 2025
logo
“Fransadan sonra, Almaniya da fərqli oynamağa başlayıb”

“Fransadan sonra, Almaniya da fərqli oynamağa başlayıb” - Turab Rzayev

“Türkiyə Ermənistanın paytaxtı İrəvana uçmağı planlaşdıran Alman Hərbi Hava Qüvvələrinə aid nəqliyyat təyyarəsinə Türk hava sərhədlərindən istifadə etməyə icazə vermədi. Təyyarə alman hərbi bazasına geri dönüb. Baş verən hadisə Türkiyə-Almaniya əlaqələrində "gərginliyə yol açan yeni bir skandal hadisə" olaraq xarakterizə edildi”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında analitik Turab Rzayev deyib. O, “görəsən Rusiya Hərbi nəqliyyat təyyarələri kimi, Almaniya hərbi nəqliyyat təyyarələri də İrəvana "kubik", "kərpic", "qum-çınqıl", "sement" daşımaq istəyib,Türkiyə də onların bu tikinti materiallarının daşınmasına mane olub?”, - deyə vurulayıb: “Deyəsən, bölgədə Fransadan sonra, Almaniya da fərqli oynamağa başlayıb. Bu alman ehtiyyat hisslərindən istifadə etdiyi üçün, Türkiyəni hərbi texnikasını Azərbaycana satmağa qoymayan Almaniyadır. Nə vaxtdan İrəvana hərbi nəqliyyat təyyarələri göndərməyə başlayıb?
Nə hikmətdirsə, son dövrlərdə Fransa və Almaniyanın hərbi-siyasi fəaliyyətləri bölgədə və dünyada Rusiyanın, Qafqazda ayrıca götürsək həm də Ermənistanın lehinə, ABŞ və NATO-nun isə əleyhinə işləməyə başlayıb. Biz bu təzaddan istifadə etməliyik. Düşünürəm ki, Ermənistanın Tovuz-Qazax xəttindən ikinci hücumunu gözləmədən hərbi əməliyyatlar ən gec oktyabr ayına qədər başladılmalıdır. İlkin təzyiq vasitəsi olaraq, Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonlarda saldığı yaşayış məskənləri və Xocalı aeroportu vurulmalıdır”.

Əli