• 4 İyul 2025
logo
“Antiterror əməliyyatları Ermənistanın qapısını döyür”

“Antiterror əməliyyatları Ermənistanın qapısını döyür”

Ramiyə Məmmədova: “Bu əməliyyatların nəticəsi İrəvan, Zəngəzur, Xankəndi olacaq”

“Bugün 2 sentyabr gondarma "Arxtsax dövlətinin" 30 illik il dönümüdür. Bununla əlaqədar Ermənistanın bəzi partiya liderləri və fraksiyalarının Xankəndidə bu tədbirdə iştirak edəcəklər. Ermənistanın rəhbərliyinın bu tədbirdə iştirak etməməsinə baxmayaraq parlament üzvlərinin və müxalifət liderlərinin iştirakı gözlənilir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Ramiyə Məmədova deyib. Onun sözlərinə görə, 44 günlük müharibədən sonra özünə gəlməyən və durmadan ardı ardına bəyanatlar verən Ermənistan elitası müharibənin bitmədiyini deyir və Qarabağın yenidən qaytarılmasından danışır: “Sərhədlərdə ki gərginliyin azalmaması ermənilərin hələ həqiqətləri qəbul edə bilməmələrinin nümunəsi olmaqla bu cür qanunsuz hərəkətlərinin Ermənistanın məhfinə addım addım yaxınlaşması deməkdir. Bu tədbirdə iştirak edən hər bir şəxs Azəbaycan qanunlarının və sərhədlərin pozduğunu bildiyi halda məhəl qoymadan tədbirdə iştirak etmək niyyətindədir. Buna şərait yaradan digər dövlət sülhməramlıların dövlətidir. Ermənistan məhvini özü hazırlayır bunu hər bəyanatda deyən İlham Əliyev və son çıxışında da Ermənistana "zeytin dalı" uzadan Türkiyə Prezidenti Ermənistana sabit və parlaq gələcək vəd edirlər. Müharibədə udan və uduzan tərəf olur, uduzan tərəf bunu gəbul edir, yada sona qədər mübarizə aparır və dövlətin tam olaraq yoxa çıxmasına səbəb olur. Deyəsən Ermənistan ikincini seçib məhvə gedən yolda bayraq galdırıb irəliləyir. Bu onun öz işidir. Qondarma DQR varlığının östərilməsi ermənilərə nə verir? Məncə bu oyunların ssenarisi Ermənistanın özündən qaynaqlanmır. Bu onu başdan çıxaran havadarlarından və maliyyə dəstəyi verəcəyini vəd edən erməni diasporasının oyunlarıdır. Ermənistanın bugünkü vəziyyəti bu oyunlara getməsinin yaxşı tərəfini gördüyü kimi pis tərəfində görməlidir. Ermənistanın cəhənnəmə getdiyi yolda dostu olmayacaq. Sərsəm bəyanatların və hərəkətlərinin sonu Ermənistanın Azərbaycan və Türkiyə ilə yenidən üz üzə gəlməsi olacaq. Antiterror əməliyyatları Ermənistanın qapısını döyür və bu əməliyyatların nəticəsi İrəvan, Zəngəzur, Xankəndi olacaq”.

Əli