• 27 Yanvar 2022
logo
Ümid edirəm ki, Azərbaycanın azad edilmiş əraziləri yenidən çiçəklənəcək

Ümid edirəm ki, Azərbaycanın azad edilmiş əraziləri yenidən çiçəklənəcək - Qırğızstanlı jurnalist

Ümid edirəm ki, Azərbaycanın azad edilmiş əraziləri yenidən çiçəklənəcək.
Bu barədə Trend-ə AZIA telekanalının (Qırğızıstan) jurnalisti Daniyar Djargınbayev Türk Şurası üzv ölkələrinin mətbuat nümayəndələrin və müşahidəçilərinin Azərbaycanın azad edilmiş ərazilərinə mediaturu zamanı deyib.
Jargynbayev gördüklərindən böyük acı hiss etdiyini qeyd edib: "Hər hansı bir müharibə pisdir, anaların kədəri, hər kəsin və bütün xalqın kədəridir. Qəbirlərin necə dağıldığını öz gözlərimlə gördüm, sanki tanklar qəsdən bunları vurublar. Mərmi hissələrinin qalıqları hər yerdədir. Ümid edirəm ki, burada üzüm bağları və yaşıl sahələr yenidən çiçək açacaq ".
Qeyd edək ki, mediatur çərçivəsində Türk Şurası üzv ölkələrin mətbuat nümayəndələri və müşahidəçiləri Azərbaycanın azad edilmiş ərazilərində olublar.
Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya, Bosniya və Herseqovinadan 20 -dən çox jurnalist iştirak edir.
Səfər erməni vandalizminin nəticələri, ermənilər tərəfindən Azərbaycanın yaşayış məntəqələrini və tarixi abidələrini məhv etməklə bağlı media nümayəndələrini məlumatlandırmaq məqsədi daşıyır.
Üç günlük səfər zamanı jurnalistlər Füzuli, Cəbrayıl, Şuşa və Gəncəni ziyarət edəcəklər. Səfərin ilk günündə Füzulidə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin nümayəndələri ilə görüş, minatəmizləmə prosesinin müşahidəsi, Alxanlı məscidinə baş çəkmə, habelə Cəbrayıl şəhərində dağıntıların miqyası ilə tanışlıq planlaşdırılıb. Jurnalistlər məhv edilmiş müsəlman tarixi və dini abidələrini, qəbiristanlıqlarını görəcəklər.