• 21 Yanvar 2022
logo
Lavrov Ermənistanın yeni XİN başçısı ilə görüşüb

Lavrov Ermənistanın yeni XİN başçısı ilə görüşüb

Qarabağ nizamlanması ilə bağlı vəziyyət danışıqlarımızda ayrıca mövzudur.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyanla Moskvada görüşü zamanı bildirib.
“Burada bir sıra məsələlər var ki, onları birbaşa dövlət başçıları müzakirə edir. Elə məsələlər də var ki, gündəlik əsasda onları bizim hərbçilərimiz, sərhədçilərimiz Azərbaycan və Ermənistandan olan həmkarları ilə həll edirlər. Regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələsi üzrə Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrup fəaliyyət göstərir. Ona görə də, hesab edirəm ki, bizim əhatəli gündəliyimiz var”, - deyə S. Lavrov erməni həmkarı ilə görüşündə deyib.