• 25 Yanvar 2022
logo
Azərbaycanın Ermənistana qarşı "cəbhəsi": Sülhə mərburetmə metodologiyası

Azərbaycanın Ermənistana qarşı "cəbhəsi": Sülhə mərburetmə metodologiyası

Azərbaycan müharibədən sonra bütün növ mübahisələrə son qoyacaq hərətərəfli sülhə nail olmaq üçün Ermənistana qarşı yeni cəbhə açıb.
Siyasi analitik Aqşin Kərimov bildirib ki, İrəvanı sülhə məcburetmə taktikası üçün bir neçə metod seçib:
- Hərbi metod: İntensiv hərbi təlimlər, o cümlədən birgə təlimlər, müasir silahların tədarükü, birgə silah istehsalı (İsraillə), silah alışı üçün yeni bazarların axtarışı, işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin açılması, sərhədlərin delimitasiyası, bununla da Ermənistan ətrafında həlqənin daralması,
- Psixoloji metod: İnformasiya müharibəsində Azərbaycan MN operativdir (İSTİSNALAR var) bu isə psixoloji üstünlüyün ələ alınmasında vacibdir. Ermənistan ərazisindəki Azərbaycan toponimlərinin tarixi adlarının çəkilməsi, Gorus-Qafan yoluna tam nəzarət.
Prezident İlham Əliyev çıxışlarının birində bu barədə demişdi ki, Azərbaycan humanizmi əsas tutaraq o yolu bağlamır, lakin İrəvan bundan dərs çıxarmadı və Azərbaycan əsgəri bir neçə gün öncə İranla Ermənistanı birləşdirən həmin magistralı bağladı. Bununla göstərildi ki, İlham Əliyev dediklərini edəcək - əgər qarşı tərəf konstruktivlik nümayiş etdirməsə.
İlham Əliyevin İrəvan, Zəngəzur, Göyçə mahalı ilə bağlı dedikləri də Ermənistandakı psixoloji çatları dərinləşdirir, intellektual böhranın miqyasını genişləndirir.
- Diplomatik metod: Azərbaycan Türkiyə ilə, İsrail ilə, Pakistan ilə əməkdaşlığı dərinləşdirir, Rusiya ilə münasibətləri istiləşdirir, Qərbdən də bir çox məsələdə dəstək qazanır. Ermənistan isə proseslərdə özünün xeyrinə dönüş nöqtəsi yarada bilən həlledici dəstəkdən məhrumdur.
-İqtisadi metod: Zəngəzur dəhlizinin icrası Bakıya əlavə təzyiq mexanizmi kimi sərf edir. Ermənistan yeni iqtisadi platformoda təmsilçilik hüququ qazanmayacaqsa, bu, onun özünə ağır zərbə olacaq.
Bunların hamısı bir-biri ilə koordinasiyalı şəkildə həyata keçirilir, birini digərindən ayrı təsəvvür etmək yanlışdır.
Cavid