• 24 Yanvar 2022
logo
“Azərbaycan Qarabağda silahlı erməni birləşmələrinin ovuna çıxacaq”

“Azərbaycan Qarabağda silahlı erməni birləşmələrinin ovuna çıxacaq” - Məhəmməd Əsəsdullazadə

“Rusiya sülhməramlı adlanan hərbiçilərinin müvəqqəti yerləşdiyi ərazilərdə xüsusilə "Laçın" dəhlizi magistralında silahlı erməni birləşmələrinin postlarını qoyması Azərbaycana təzyiqir. Bundan əlavə, Rusiya hərbiçilərinin dəhliz boyu Pua və zirehli texnikalara qarşı təlimləri də şərti olaraq Azərbaycan hərbiçiləridir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Rusiya Qarabağda silahlı erməni birləşmələrini Azərbaycana qarşı silahlı təxribatlara bir neçə aydır ki, rəvac verir: “Artıq müdafi naziri Zakir Həsənov sülhməramlı qüvvələrin nəzarətində olan ərazidə erməni silahlıbirləşmələrinə qarşı ciddi tədbirlərin görülməsini əmr verdi. Artıq Azərbaycan Qarabağda silahlı erməni birləşmələrinin ovuna çıxacaq. Bir neçə gündür qeyd edirəm ki, Azərbaycan qanunsuz erməni silahlı birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirəcəksə, Rusiya sülhməramlı qüvvələri Azərbaycan hərbiçilərinə atəş aça bilməz. Nəhayət ki, müdafiə naziri hərəkətə keçməyi əmr etdi.
Azərbaycan 10 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndinə uyğun olaraq diplomatik danışıqlarla silahlı erməni birləşmələrinin çıxarılmasına nail ola bilmədi. Hazırda təzyiqlər yolu ilə bu məsələni bitirəcək. Çünki, silahlı erməni birləşmələri Qarabağda qaldıqca, Füzuli-Şuşa yolu və Şuşa şəhəri daima atəş altına ola bilər”.

Əli