• 21 Yanvar 2022
logo
BQXK: Əsirlərin ailələrini məlumatlandırmaq üçün əlimizdən gələni edirik

BQXK: Əsirlərin ailələrini məlumatlandırmaq üçün əlimizdən gələni edirik

“İkinci Qarabağ müharibəsi əsir, girov və itkin düşmüş şəxslərə diqqəti bir daha artırdı”.
Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer deyib.
Onun sözlərinə görə, itkin düşmüş şəxslərin ailələri öz yaxınları barədə xəbər gözləyir.
Arian Bauer qeyd edib ki, BQXK əsirlər barəsində məlumatları dəqiqləşdirmək və onların ailələrini məlumatlandırmaq üçün əlindən gələni edir.
“Biz yenə də o ailələrə məlumatları çatdıraq deyə dövlətlərə dəstəyimizi göstərəcəyik”, - deyə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri vurğulayıb.
Arian Bauer təəssüflə qeyd edib ki, dünyada itkin düşən şəxslərin sayı çoxdur: “Bizim təşkilatın məqsədi itkin düşən şəxslərin aqibətinə aydınlıq gətirməkdir. Biz onların ailələri üçün bu itkilərin nə demək olduğunu yaxşı bilirik. Biz həmin ailələrlə, eyni zamanda, aidiyyəti qurumlarla işləyirik. Hazırda dünyada 210 mindən çox şəxs bu kontekstdə qeydiyyata alınıb. Biz bilirik ki, miqyas daha böyükdür”.