“Azərbaycan Ermənistanın işğalı nəticəsində itkin düşən şəxslərin aqibətinin araşdırılması üçün əlindən gələni əsirgəməyəcək”.
Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
O bildirib ki, bu məsələnin həlli iki ölkə arasında barışıq prosesinə də öz töhfəsini verə bilər: “Azərbaycan bununla bağlı beynəlxalq hüququn bütün tələblərinə əməl edir”.