• 3 İyul 2025
logo
Nazir müavini: “Azərbaycan 100-dən artıq erməni əsir və girovu azad edib”

Nazir müavini: “Azərbaycan 100-dən artıq erməni əsir və girovu azad edib”

“İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar tapılır, onların kimə məxsus olduğu barədə araşdırmalar aparılır”.
Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
O bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq edir: “Azərbaycan götürdüyü əsirlərlə beynəlxalq qanunlara uyğun davranır. Azərbaycan eyni zamanda əsirlərin ailələri ilə əlaqə saxlanması üçün şərait yaradır. Azərbaycan 100-dən artıq erməni əsir və girovu azad edib”.