• 5 Oktyabr 2023
logo
Azərbaycanda bələdiyyə seçkilərində hansı siyasi partiyalar iştirak edəcək?

Azərbaycanda bələdiyyə seçkilərində hansı siyasi partiyalar iştirak edəcək?

Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən siyasi partiyalar məlum olub.
MSK-nın bu gün keçirilən iclasında bildirilib ki, indiyə qədər bələdiyyə seçkilərində iştirakla bağlı MSK-ya 7 siyasi partiya müraciət edib.
Bunlar, Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyasıdır. MSK-nın iclasında həmin partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və təsdiq edilib.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.