• 24 Noyabr 2020
logo
Polşadakı gənclərimiz erməni təxribatına qarşı etiraz aksiyası keçirib

Polşadakı gənclərimiz erməni təxribatına qarşı etiraz aksiyası keçirib

Bir müddət öncə Polşa Azərbaycanlıları Birliyinə ermənilərin Varşavada Azərbaycanın müsbət imicinə xələl gətirmək cəhdi ilə bağlı məlumat daxil olmuşdur. Məsələ bundan ibarətdir ki, burada yaşayan ermənilər "Kraj wojny Marzeń" adlı filmi Kino Kultura adlı kinoteatrda nümayiş etdirməyi planlaşdırıblar. Filmin nümayişi müsəlman dünyasını, eləcə də Azərbaycanın Polşa ictimaiyyətini nüfuzdan salınmağa hesablanıb. Lakin Polşadakı həmyerlilərimiz bu arzunu onların ürəyində qoyub.
İlk öncə həmin kinoteatra rəsmi şikayət olunub, həmyerlilərimizin narazılığı geniş şəkildə bildirilib. Daha sonra 24 oktyabr tarixində kinoteatrın qarşısında mitinq təşkil olunub. Buna baxmayaraq kinoteatrın rəhbərliyi geri heç bir addım atmayıb. Bundan sonra Varşava şəhər polisindən kütləvi aksiya üçün icazə alınaraq yenidən 26 oktyabr tarixində, kino nümayiş olunan zaman aksiya təşkil olunub. 50-ə yaxın soydaşımızın etiraz etdiyi aksiyada, filmi izləməyə gələn polyaklara məsələ ilə bağlı haqlı mövqeyimiz çatdırılıb. Eyni zamanda şəhər sakinlərinə Dağlıq Qarabağ problemi ilə bağlı məlumat broşürlər paylanılıb.
Aksiyanın təşkilatçısı Polşa Azərbaycanlıları Birliyinin sədri Fərid Cəfərli şüarlar səsləndirərək ermənilərin, eyni zamanda kinoteatrın atdığı bu addımı pisləyib. Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının dəstəyi keçirilən aksiya film bitənə qədər davam edib.