• 24 Yanvar 2022
logo
Vladanka Andreyeva: “Məcburi köçkünlərin işğaldan azad olunmuş yerlərə təhlükəsiz qayıdışı üçün səylərin dəstəklənməsinə tam sadiqik”

Vladanka Andreyeva: “Məcburi köçkünlərin işğaldan azad olunmuş yerlərə təhlükəsiz qayıdışı üçün səylərin dəstəklənməsinə tam sadiqik”

“BMT son 18 ay ərzində gördüyü işlərə sadiq qalaraq, öz yardımını bundan sonra da göstərməyə hazırdır”.
Bunu BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
Azərbaycanda peyvənd işlərinə gəldikdə, V. Andreyeva Azərbaycanın regionda perspektivli mövqelərdən birini tutduğunu bildirib: “Biz 4 milyona yaxın ilk təcili əşyalardan ibarət dəstləri paylamışıq. Hökumət ilə səhiyyə işçilərinin birgə təlimlərinə sərmayələr yatırmışıq. Həmin təlimlərdən 3 mindən artıq işçi keçmişdir. COVID-19-un qarşısının alınmasına yönəlmiş ictimai kampaniya 1 milyondan artıq insanı əhatə etmişdir. Sizin də qeyd etdiyiniz kimi bu, son 18 ay ərzində Azərbaycan xalqının üzləşdiyi yeganə çətinlik olmayıb”.
BMT-nin rezident əlaqələndiricisi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün bərqərar olunmasında, əmin-amanlığa və əməkdaşlığa aparan yeni eraya təkan olacağına ümid etdiyini də qeyd edib: “BMT tərəfindən dekabr ayında Qarabağ bölgəsində tələbatların qiymətləndirilməsində hökumətə dəstək olmuşuq. Biz əvvəlki təmas xətti boyu 6 rayonda minaların təmizlənməsi üçün ANAMA-ya yardım məqsədilə dərhal 1 milyon dollar topladıq. Biz minaların təmizlənməsi işində milli mütəxəssislərə dəstəyi davam etdirəcəyik, çünki anlayırıq ki, bu, prioritetdir. Eyni zamanda, BMT Dünya Bankı, Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlar ilə fond yaradaraq, əlaqələndirmə işini aparır ki, ANAMA üçün təlimlər davam etsin və minaların təmizlənməsi prosesi ən yüksək standartlara uyğun aparılsın. Biz məcburi köçkünlərin həmin bölgəyə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı üçün göstərilən səylərin dəstəklənməsinə tam sadiq qalırıq. İrəliyə doğru addım ataraq, martın 1-də biz BMT ilə Azərbaycan arasında əməkdaşlığa dair yeni Çərçivə sənədini, yeni paktı imzalamışıq. Növbəti beş il ərzində qarşımızda çox böyük vəzifələr qoymuşuq. Əslində, biz inklüziv artıma dəstək vermək və gənclərlə iş aparmağı arzulayırıq ki, onların əmək bazarlarına aid bacarıqları formalaşsın. Biz, həmçinin daha yaşıl iqtisadiyyatın qurulmasında və səhiyyə, sosial müdafiə, təhsil və ədliyyə sahələrində xidmət göstərən təsisatların imkanlarının gücləndirilməsində hökumətin təşəbbüslərinə dəstək vermək istərdik".