• 24 Yanvar 2022
logo
Əfqanıstandakı azərbaycanlı sülhməramlılar: “Sağ-salamat geri dönəcəyik ”

Əfqanıstandakı azərbaycanlı sülhməramlılar: “Sağ-salamat geri dönəcəyik ” - FOTO

“Taliban”ın nəzarətinə keçirdiyi Kabildə Türkiyə hərbi təhlükəsizlik qüvvələrilə birgə Azərbaycanın sülhməramlıları “bir millət, iki dövlət” prinsipilə Həmid Karzai adına Beynəlxalq Hava Limanını mühafizə edir.
“Anadolu”xəbər agentliyinin məlumatına görə, hərbiçilərimiz Türkiyənin təhlükəsizlik qüvvələrilə birgə hava limanında köməksiz vziyyətdə qalan insanlara dəstək verir.
“Anadolu”ya danışan Azərbaycanlı hərbiçi Anar Babayev "Hazırda Türk qardaşlarımızla birlikdə Əfqanıstanda xidmətdəyik. Onlara yardım edirik" - deyib.
Bir aya yaxındır ki, Kabildə olduqlarını bildirən digər hərbçimiz Səxavət Kazımov Türkiyəli həmkarları ilə eyni bölgədə xidmət göstərdiklərini bildirib: “Buradan ailəmə, bütün əsgərlərin ailələrinə salam söyləyirəm. Hər şey yaxşıdır. İnşallah sağ-salamat geri dönəcəyik".
Həbib Həsənov isə “Türk qardaşlarımıza hər zaman dəstək verməyə hazırıq” deyə bildirib.
Hava limanında təhlükəsizlik vəzifəsini icra edən Qismət Musayev isə bildirib ki, türk hərbiçilərlə birlikdə insanlara dəstək verməkdən qürur duyur “Biz qardaşıq”, deyə əsgərimiz bildirib.