• 19 Yanvar 2022
logo
Rusiya və Macarıstan XİN başçıları Qarabağdakı vəziyyəti müzakirə edəcək

Rusiya və Macarıstan XİN başçıları Qarabağdakı vəziyyəti müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 24-də Macarıstana səfər edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, S. Lavrovun macarıstanlı həmkarı ilə görüşəcəyini qeyd edib.
M. Zaxarovanın sözlərinə görə, görüşdə ikitərəfli əlaqələr, eləcə də beynəlxalq gündəmdə olan məsələlər, o cümlədən Ukrayna və Qarabağdakı vəziyyət müzakirə ediləcək.