• 10 Oktyabr 2024
logo
Prezident İlham Əliyev: Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur

Prezident İlham Əliyev: Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur

Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündəki nitqində deyib.
Dövlət başçısı bildirib: "Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsində isə 5-ci yerdədir.
Azərbaycan kosmik ölkədir. Hazırda ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən üç peykimiz var. Əhalimizin 80 faizi internet istifadəçisidir".