• 5 Dekabr 2020
logo
Azərbaycan Prezidenti: BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur

Azərbaycan Prezidenti: BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur

BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur.
Bunu Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündəki nitqində deyib.
Dövlət başçısı bildirib: "Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir".