• 27 İyul 2024
logo
Əşrəf Qani: Qoşulmama Hərəkatı öz dəyərlərini təşviq etməlidir

Əşrəf Qani: Qoşulmama Hərəkatı öz dəyərlərini təşviq etməlidir

Əminəm ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın fəaliyyətinə yeni bir siyasi canlanma gələcək və yeni müsbət nailiyyətlər əldə edəcəyik. Bu Zirvə Görüşü yüksək səviyyədə təşkil olunub.
Bunu Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə deyib.
Əfqanıstan Prezidenti qeyd edib ki, təşkilata üzv dövlətlər səylərini birləşdirməlidirlər: “Biz müqavimətimizi gücləndirməliyik ki, parçalanmanı aradan qaldıraq. Transsərhəd terror şəbəkələrinə qarşı birgə mübarizə aparmalı, narkoticarət qarşısında sədlər qoymalıyıq. Əgər biz dəyişikliklər haqqında danışırıqsa, siyasi cəsarətimiz olmalıdr. Qoşulmama Hərəkatı dialoq carçısıdır. Bizim bu hərəkat çərçivəsində əldə etdiyimiz nailiyyətlər var, amma biz öz mübarizliyimizi nümayiş etdirməliyik. Yalnız bu halda qarşımızda duran vəzifələrin öhdəsindən gələ bilərik”.
M.Ə.Qani vurğulayıb ki, Qoşulmama Hərəkatı öz dəyərlərini təşviq etməlidir: “Biz istərdik ki, sülhün qorunması istiqamətində səylər artırılsın”.