• 1 İyul 2025
logo
Mehriban Əliyeva Prezident İlham Əliyevlə Kəlbəcər və Laçın rayonlarına səfərləri ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Prezident İlham Əliyevlə Kəlbəcər və Laçın rayonlarına səfərləri ilə bağlı paylaşım edib - VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfərlə bağlı videogörüntülər paylaşıb. Paylaşımda deyilir: "Əziz həmvətənlər, İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz Kəlbəcər və Laçın rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram. Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN".