• 2 İyul 2025
logo
MN: Ordumuzun atəşi nəticəsində erməni hərbçilərin həlak olması barədə Ermənistanın yaydığı məlumat həqiqətə uyğun deyil

MN: Ordumuzun atəşi nəticəsində erməni hərbçilərin həlak olması barədə Ermənistanın yaydığı məlumat həqiqətə uyğun deyil

Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır.