• 24 Yanvar 2022
logo
XİN: Azərbaycan səfiri hələ Əfqanıstana getməyib

XİN: Azərbaycan səfiri hələ Əfqanıstana getməyib

Azərbaycan Respublikasının Prezidentinin 28 iyul 2021-ci il tarixli Sərəncamı ilə İlham Məmmədov Azərbaycanın Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib.