• 20 Yanvar 2022
logo
"Azərbaycan öz gücünü dünyaya göstərdi"

"Azərbaycan öz gücünü dünyaya göstərdi"

30 il ərzində beynəlxalq birlik münaqişə və Azərbaycanın 20 faiz ərazisinin işğalı ilə bağlı təsirli addımlar atmadı, ATƏT-in Minsk Qrupu səmərəsiz fəaliyyət göstərdi, daha doğrusu ermənipərəst mövqe nümayiş etdirərək münaqişənin həllində maraqlı olmadı. Amma bu vəziyyətlə barışmayan Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını azad etdi. Azərbaycan öz gücünü dünyaya göstərdi.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Mirsamir Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycan xalqı üçün ən mühüm əhəmiyyət kəsb edən, taleyüklü problemin həllində Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı, uzaqgörənliyi, məqsədyönlü və düşünülmüş siyasəti Qarabağın azad edilməsi ilə nəticələndi: "Cənab Prezident İlham Əliyevin qəti mövqeyi və xalq tərəfindən bir daha dəstəklənməsi, ordu-hakimiyyət-xalq birliy ikinci Qarabağ müharibəsində qələbəmizlə nəticələndi. İlham Əliyev Ali Baş Komandan kimi qarşısına qoyduğu məqsədə çatdı, xalqına verdiyi sözü həyata keçirməklə tarix yazdı. Bu gün Qarabağ azaddır, bu gün Azərbaycanın yeni tarixində Qarabağ azad bölgə kimi qeyd olunub. Prezidentin uzaqgörən siyasəti Azərbaycanın dünya ölkələri arasında mövqeyini möhkəmləndirdi. Bu gün qalib Azərbaycanın hər bir vətəndaşı Prezidentinin yanındadır. Ali Baş Komandan işğalçı Ermənistana yerini göstərdi, onu himayə edən ölkələrə isə bir mesaj verdi - bundan sonra heç bir ölkə Azərbaycanla təhdid dilində danışa bilməz. Azərbaycan güclüdür, onun güclü sərkərdəsi, ordusu və mübariz xalqı var".
Cavid