• 24 Yanvar 2022
logo
"Qarabağa qanunsuz giriş qəbuledilməzdir"

"Qarabağa qanunsuz giriş qəbuledilməzdir"

Azərbaycan İranın yeni rəhbərliyindən yaxşı ümidlər gözləyir. Fikrimcə, Qarabağ bölgəsinə hər hansı bir qanunsuz səfər və ya fəaliyyət qəbuledilməzdir və qəti şəkildə qınanılmalıdır.

Bunu Baymedia.az-a beynəlxalq məsələlər üzrə ekspert, Gənclər Diplomatiyası Forumunun prezidenti və Pakistan, Azərbaycan, Türkiyə gənclər forumunun rəhbəri Musavar Hamid Tanoli İrana məxsus yük avtomobillərinin Qarabağa qanunsuz keçməsinə münasibətində deyib.

Onun sözlərinə görə, Azərbaycanln yeni azad edilmiş ərazilərində yük maşınlarının qeyri -qanuni hərəkəti sülhü pozmaqla yanaşı, Azərbaycanın həmsərhəd ərazilərində növbəti təxribatlar üçün Ermənistana şans verəcək: "Ümid edirəm ki, İran hakimiyyəti bu məsələni araşdıracaq. Bu, Azərbaycan üçün ciddi narahatlıq yaradır, çünki yeni azad edilmiş ərazilər, eləcə də bölgədə mina təhlükəsi hələ də qalmaqdadır. Azərbaycan və İran bu məsələni aralarında çözməlidir. Bu hal bir daha təkrarlanmamalıdır. Bir gənclik lideri olaraq demək istərdim ki, qanunsuz olan hər şey qəti şəkildə qınanılır. Bu, yolverilməzdir".

Cavid