• 27 Yanvar 2022
logo
Azərbaycan XİN Əlcəzairə başsağlığı verib

Azərbaycan XİN Əlcəzairə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairə başsağlığı verib.
Bu barədə XİN "Twitter"də paylaşım edib.
"Əlcəzairdəki meşə yanğınları və onun dağıdıcı nəticələri barədə xəbərlər bizi dərindən kədərləndirdi. Meşə yanğınlarının qurbanlarının ailələrinə başsağlığı verir və yaralıların hamısının tezliklə sağalmasını diləyirik. Bu çətin zamanda fikrimiz və dualarımız dost Əlcəzair xalqı ilədir", - deyə XİN bildirib.
Qeyd edək ki, Əlcəzairin paytaxtından şərqdə Kabile regionundakı dağlıq ərazidə baş verən yanğın nəticəsində ən azı 42 nəfər ölüb. Onlardan 25-i sakinləri yanğından xilas etmək üçün çalışan əsgərlərdir.