• 5 İyul 2022
logo
XİN: “Azərbaycan Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”

XİN: “Azərbaycan Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”

“Azərbaycan beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.
Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin “Tvitter”dəki paylaşımında əksini tapıb.
Qeyd edilib ki, Azərbaycan-Gürcüstan münasibətləri beynəlxalq hüququn əsas prinsiplərinə hörmətə və sadiqliyə əsaslanan strateji tərəfdaşlıqdan ibarətdir.