• 5 İyul 2022
logo
Baş prokuror Naxçıvan MR Ali Məclisinin sədri ilə görüşüb

Baş prokuror Naxçıvan MR Ali Məclisinin sədri ilə görüşüb

Naxçıvan Muxtar Respublikasına səfər edən Baş Prokuror Kamran Əliyevlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov arasında görüş keçirilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilir ki, görüş zamanı Baş prokuror tərəfindən Naxçıvan Muxtar Respublikasının Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna bundan sonra da diqqət və qayğının göstəriləcəyi vurğulanıb.
Bununla da, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri başa çatıb.