• 5 İyul 2022
logo
“Heç bir qüvvə Türkiyəni zəiflədə bilməz”

“Heç bir qüvvə Türkiyəni zəiflədə bilməz” - deputat

“Təəssüflər olsun ki sosial şəbəkələrdə erməni əsilli şəxslər, Türkiyədə yaşayan ermənilərə müraciət edərək yanğının sönməməsi üçün əllərindən gələni etməyə çağırışlar edirlər”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. O, bildirib ki, onlar yanğınların ən azı 44 gün davam etməsini istəyirlər: “Gördüyünüz kimi burada təxribat və terror izləri var. İstənilən haldan Türkiyə dövləti güclüdür və bu yanğını törədənlərin cəzası ən yüksək formada veriləcək. Heç kim, heç bir qüvvə Türkiyəni zəiflədə bilməz. Gec-tez cinayətkarlar öz cəzlarını alaacqlar. Biz də qardaşlatımızın, Türkiyə dövlətinin yanındayıq. Ümid ediirk ki, ən qısa zamanda meşə yanğınları söndürüləcək və həmin ərazilər tez bir zamanada bərpa olunub, əvvəlki görkəminə qaytarılacaq”.

Əli Zülfüqaroğlu