• 5 İyul 2022
logo
“Türkiyə uğrunda canımızı qurban verməyə hazırıq”

“Türkiyə uğrunda canımızı qurban verməyə hazırıq” - Millət vəkili

“Türkiyədə yanğın başlayanilk gündən cənab prezident İlham Əliyevin birbaşa göstərişi ilə Azərbaycanın yanınsöndürən briqadaları, hərbi helikopter və amfibiya təyyarəsi Türkiyəyə göndərilib”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. 0, diqqətə çatdırıb ki, qəhrəman yanğınsöndürənlərimiz canlarını təhlükəyə ataraq yanğınsöndürmə prosesində fəal iştirak edirlər: “Türkiyəni öz vətənimiz hesab edirik. Orada hər bir ağac, hər bir can bizim üçün əzizdir. Oralar yanırsa bizim də canımız yanır. Bizim qəhrəman yanınsöndürənlərimiz Türkiyəli qardaşlarımızla birlikdə çətin şəraitdə fəaliyyət göstərirlər. Digər kömək göndərən dövlətlərdən fərqli olaraq biz, Türkiyəni öz dövlətimiz, öz vətənimiz bilirik, ona görə də Türkiyə uğrunda canımızı qurban verməyə hazırıq”.

Əli Zülfüqaroğlu