“Türkiyə və Azərbaycan qardaş ölkədir. Azərbaycanın dərdi Türkiyənin, Türkiyənin dərdi isə Azərbaycanın dərdidir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. O, həmçinin əlavə edib ki, biz hərbi müttəfiqik: “Biz tarixboyu bir birimizə dəstək olmuşuq. Heç bir şərt olmadan bir birimizin yanında yer almışıq. Bu gün çox təəssüf ki, alov Türkiyəni öz ağuşuna alıb. Türkiyənin turistik ərazilərində meşə yanğınlarını söndürmək çox çətin bir prosesə çevrilib. Havaların isti olması, axşam saatlarında küləyin güclənməsi, həmçinin meşələrdə şam ağaclarının çox sıx yerləşməsi yanğının ərazisini və masştabını genişləndirir. Çətin relyefdə olduu üçün bunu söndürmək çətinlik yaradır. Amma bütün çətinliklərə baxmayaraq bu çətin günləri birlikdə geridə qoyacağıq”.
Əli Zülfüqaroğlu