• 19 Yanvar 2022
logo
"Birgə odun-alovun içinə atılmağlmız instinktiv qardaşlıq duyğularının göstəricisidir"

"Birgə odun-alovun içinə atılmağlmız instinktiv qardaşlıq duyğularının göstəricisidir"

Azərbaycan dövlət olaraq Türkiyədəki yanğınların söndürülməsi üçün qüvvələrini səfərbər edib. Azərbaycan bunu dövlətlərarası münasibətlərdən çox, bir qardaşlıq, dostluq borcundan irəli gələn öhdəlik kimi üzərinə götürüb. Azərbaycan yanğınsöndürənləri var gücü ilə yanğınların söndürülməsi üçün əllərindən gələni edirlər, həyatlarını təhlükəyə və riskə atırlar"
Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında siyasi ekspert Aqşin Kərimov bildirib.
Ekspert qeyd edib ki, Türkiyəyə Rusiya, İran, Ukrayna da yardım edir, amma Azərbaycanın yardımı və dəstəyi ölkələrarası münasibətlərin fövqündə dayanan bir hadisədir: " Azərbaycan həmişə Türkiyəyə, Türkiyə də Azərbaycana dəstəyini əsirgəmir, bu, Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın birgə strateji baxışının və iradəsinin təzahürləridir.
Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-ə məxsus “BE-200ÇS” tipli amfibiya təyyarəsi, helikopter, canlı qüvvə, texnikalar Türkiyəyə göndərilib.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə təşəkkür edib.
Azərbaycan və Tükiyə sevincli və kədərli günlərini bölüşür, bir gülür, bir ağlayır. Bu, dövlətlərarası münasibətlərin sərhədlərini aşan sevgidir".
A.Kərimovun sözlərinə görə, Türkiyədə azərbaycanlı yanğınsöndürənlərin fəaliyyəti təqdir edilir, onlar FHN-nin hərbçilərini sevinclə qarşılayırlar: "Necə ki, Zəfər paradında iştirak üçün türkiyəli hərbçilər Azərbaycana gələndə xalqımız onları sevinc və qürurla qarşılaşmışdısa, eynisini də yanğınsöndürənlərə münasibətdə görürük.
Azərbaycan Türkiyədəki yanğınların söndürülməsində sona qədər dəstək göstərəcək – ta ki, yanğınlar söndürələcək və qardaş ölkədə həyat normal axarına qayıdacaq.
Azərbaycanlı yanğınsöndürənlərin türkiyəli həmkarları ilə birgə çiyin-çiyinə özlərini odun-alovun içinə atmaları instinktiv qardaşlıq duyğularının göstəricisidir. Biz burada vəzifədən irəli gələn tapşırıq və əmrlərdən çox könüllülük meyarlarını görürük.
Hamımız arzu edirik ki, Türkiyə tezliklə bu faciənin öhdəsindən gəlsin".
Cavid