Turab Rzayev: “Türkiyəni dayandırmağın vaxtıdır deyə düşünürlər”
Qardaş Türkiyənin müxtəlif bölgələrində eyni anda yanğınların baş verməsi bunun qəsdən törədilməsini deməyə əsas verir. Sifarişçilər kimlərdir və məqsəd nədir? Analitik Turab Rzayev “Xalq Cəbhəsi”nə müsahibəsində bu məsələlərə aydınlıq gətirməyə çalışdı.
-Xarici Təhlükəsizlik Baş İdarəsi, (Direction Générale de la Sécurité Extérieure (DGSE)), Fransanın xarici kəşfiyyat təşkilatıdır. Fransa Müdafiə Nazirinə tabedir. Bir çox sahədə CIA və MI6-nın əsas rəqibidir. DGSE xüsusilə iqtisadi kəşfiyyat baxımından dünyanın ən hörmətli kəşfiyyat təşkilatlarından biri olaraq qəbul edilir.
Fransa iqtisadi kəşfiyyatı dünyada ən aqressiv istifadə edən ölkələrin ilk sıralarında gəlir. Bir çox analitiklərə görə fransızlar bu sahədə ancaq Çin kəşfiyyatına uduzurlar. Fransanın iqtisadi kəşfiyyat ilə bağlı uzun tarixi var. Tarixə nəzər saldıqda Fransa merkantilist dövlət olub. XIV Lüdovikdən bəri dövlət və özəl biznes əl-ələ verərək fəaliyyət göstəriblər. Yəni kəşfiyyatdan iqtisadi məqsədlər üçün, xüsusilə ticari sirlərin və intellektual mülkiyyətin oğurlanması üçün istifadə Fransada yeni hadisə deyil.
Məsələn, Fransa Xarici Kəşfiyyat İdarəsi amerikalı biznesmenlərin otel otaqlarına daxil olur və əgər hiss eləsələr ki, onların noutbuklarında Fransaya faydalı ola biləcək texnoloji məlumat və ya rəqabət üstünlüyü olan məlumat ola bilər, tamamilə bilinməyən şəkildə o noutbukları yükləyirlər. Hətta Amerika kəşfiyyatı belə fransızların bu qədər üzlü və kobud davranışından beziblər.
Türkiyədəki yanğınların arxasında PKK-ya ilə bağı plan, daha dəqiq desək, PKK-nın təşkilati strukturuna daxil olan "Ateşin Cocukları İnisiatifi" (ACİ) təşkilatının durduğu, bu qrupun meşə yanğınlarını öz üzərlərinə götürdüyü artıq Türkiyə mediasında geniş şəkildə tirajlanıb. Bu qrup daha əvvəl də bənzər yanğınlar törədib, hökuməti şantaj etmişdi.
Ancaq nə ACİ, nə də daxil olduğu PKK bu dərəcədə dəqiq və peşəkar fəaliyyət həyata keçirə bilməzlər. O təşkilatların bu miqyasda sabotaj üçün nə peşəkar əməliyyatçıları, nə texniki imkanları, nə də kəşfiyyat ağlı kifayət edir. PKK Türkiyənin turizm potensialını birdəfəlik və başdan-ayağa məhv edəcək bu layihənin sadəcə icrasında rol oynaya bilər. Bu qədər dərin və hərtərəfli düşünülmüş bir iqtisadi hücumun arxasında illərlə, hətta əsrlərlə iqtisadi kəşfiyyat təcrübəsi olan dövlətin, yaxud dövlətlərin dayanması şübhəsizdir.
Həddən çox aqressiv məna daşıyan bu məşhur sloqanda deyildiyi kimi: partout où nécessité fait loi. Yəni: zərurətin qanunu yaratdığı hər yerdə.
-Fransanın müxtəlif terror təşkilatlarını koordinasiya etdiyi və maliyyələşdiriyi arrtıq heç kimə sirr deyil...
-Bəli, Fransa kəşfiyyatının terror təşkilatlarını koordinasiya etməsi faktı yeni deyil. Fransa dərin dövləti ilə ASALA, Daşnaksütun PKK, FAT və sairə terror qruplaşmalarının münasibəti əvvəlki dönəmlərə dayanır. Suriya müharibəsi dövründə YPG-ni silahlandıran, onlara Türkiyə ordusuna qarşı tunel qazmaq, beton tunellər tikmək, yeraltı sığınacaqlar hazırlamaq təlimini verən də Fransa idi. Eyni Fransa Suriya, İraq, livan və sairə yerlərdən PKK və ASALA terrorçularının İraq və İran üzərindən keçməklə Qarabağa gətirilməsi, burda Azərbaycan ordusuna qarşı döyüşlərdə iştirakını da koordinasiya etmişdi. Xatırlayırsınızsa hələ onda mən açıqlama verib, açıq şəkildə dedim ki, bu PKK, erməni ağlı deyil, bunu daha dərin, daha intellektual bir mərkəz təşkil edir. Körfəz ölkələrində Qarabağ müharibəsi vaxtı Azərbaycana qarşı qurulmuş güclü qara PR əməliyyatı da Parisdən idarə olunurdu. Məqsəd Azərbaycanı və Türkiyəni gözdən salmaq idi. Onların səyləri nəticəsində bir çox Avropa cəmiyyətinə bizim azadlıq mübarizəmiz, Ərdoğanın Yeni Osmanlı imperiyası ambisiyaları kimi təqdim olunurdu, haqq işimizə kölgə salınırdı.
- Liviyada Türkiyə ilə qarşıdurma həddində olması, Afrikanı Türkiyəyə uduzması Fransanı bu və digər təxribatçı addımlara sövq edə bilərmi?
-Təkcə Liviya da deyil. Suriyada Fransanın Türk hücumu qarşısında silahlarını qoyub qaçan əsgərləri, Türk ordusunun güc göstərişi, Liviyada Türkiyənin Həftar dəstələrini yerinə oturtması, Aralıq dənizinin şərqində Türkiyə hakimiyyəti, Türkiyədən icazəsiz Şərqi Aralıqdan karbohidrogen hasilatının və daşınmasının bloklanması. Bundan başqa Qərbi Afrikada bir neçə ölkədə Türkiyə lehinə, Fransa əleyhinə çevrilişlər, üsyanlar, çıxışlar. Fransa Məğribi (Qərbi Afrika) öz arxa bağçası sayır, paylaşmaq istəmir. Bütün bunlar azmış kimi 44 günlük Vətən Müharibəsində Fransanın kiçik bacısı Ermənistanın biabırcasına darmadağın edilməsi, Ərdoğanın isə Azərbaycan deputatlarından sonra Kiprə səfəri artıq fincanı daşıran sonuncu damla oldu. Türkiyəni dayandırmağın vaxtıdır deyə düşünürlər...
-Yanğın eyni anda Türkiyənin 13 bölgəsində baş verib. İyulun 28-dən avqustun 3-dək isə Türkiyənin 38 vilayətində ümumilikdə 163 yanğın faktı qeydə alınıb. Hadisənin turistik bölgələrdə və küləkli hava şəraitinə təsadüf etməsi bunun planlaşdırıldığını demək üçün yetərlidirmi?
-Yanğınların coğrafiyasına diqqətlə baxaq. Alanya, Manavqat, Bodrum, Marmaris, Muğla, İzmir, Antalya, Datça və s. Bu yerlər bir-birindən yüzlərlə, hətta 1000 km-dən daha uzaq məsafədə yerləşir. Bu yerlərin iqlimi, hava temperaturu, nəmişlik dərəcəsi, bitki örtüyü bir-birindən tamamilə fərqlidir. Fiziki xəritəsi belə fərqlidir. Eyni vaxtda 4 dəniz sahilində yanğın baş verir. Bu qədər fərqli yerlər necə yanır axı? Türkiyə dünyanın turizm onluğunda olan, üçlüyə yüksəlmək istəyən ölkədir. 30 milyard dollarlıq turizm sektoru yanıb kül olur.
Hətta Qara dəniz sahilində Samsunda belə yanğınlar başlayır.
Keçən həftə Samsunda havanın temperaturu 28 dərəcə və daha aşağı olub. İlboyu rütubətlilik yüksək olan, suyun, selin kəndləri yuyub apardığı yerdir Samsun. Yayda 60-70 dərəcə istilik hissedilən Mersini başa düşərik, Samsun niyə yanır? İyun ayında daşqın, sel aparmışdı samsunu, 20 dərəcədə də meşə yanarmı? Aralıq dənizini başa düşmək olardı. Marmaris niyə yanır? Egey niyə yanır? Qaradəniz niyə yanır?! Bunar hamısı eyni anda baş verir.
-Bəzi ekspertlər Türkiyədəki yanğınları Ərdoğanın reytiniqnə təsir etməık üçün də törədilməsini istisna etmirlər. CHP-nin hadisədən yararlanmaq cəhdləri və az qala hölkumətin törətdiyi kimi davranması bir layihə ola bilərmi?
-Əlbəttə ki, bu tamamilə aydındır. Daha əvvəl 15 iyul çevriliş cəhdinə şou, teatr deyən bir dəstə var idi. İndi də meşə yanğınlarını Ərdoğan şousu, teatrı adlandırırlar. Fərqli üsullarla əhalini inandırmağa çalışırlar ki, əslində yanğın söndürülə bilər. Amma Ərdoğan bunu qəsdən etmir. Gəlin baxaq. Siz Ərdoğanı devirmək üçün nə etməlisiniz?!
Və ya Ərdoğanı necə yıxmaq olar? Ərdoğanı seçki yolu ilə məğlub etmək və hakimiyyətdən uzaqlaşdırmaq perspektivi yoxdur.
Ərdoğanı hərbi çevriliş ilə hakimiyyətdən salmaq mümkün deyil.
Ərdoğanın hakimiyyətdən getməsi üçün xalqın nifrəti, xalqın əsəblərinin gərilməsi lazımdır. Bəs bu necə ola bilər? Bunun üçün Türkiyənin çox pis şərtlər ilə qarşılaşması, xalqın çox pis şərait ilə üzləşməsi lazımdır.
Ən rahatı iqtisadiyyatın çökməsi, ağır iqtisadi böhrandır. Amma Ərdoğan hakimiyyətinin bu cür böhranlardan az zərərlə çıxdığı görülür. Ancaq əhali yeməyə çörək tapmayacaq səviyyəyə gələrsə, bu Ərdoğanı yıxa bilər. O vəziyyətin yaradılmasına ümid azdır.
İkincisi, böyük təbii fəlakətlər - zəlzələlər, daşqınlar və ya böyük yanğınlar. Kiçik deyil, çox böyük, Avstraliyanı başdan başa yandıran yanğınlardan. Ya da həddindən artıq insanın canını alacaq zəlzələ və ya sel fəlakəti baş verəsə.
Sonuncu və ən əsası, Türkiyənin hərbi məğlubiyyətə uğraması. Bir çox cəbhələrdə döyüşən Türk əsgərinin fərqli yerlərdə amma eyni vaxtda ağır şəkildə məğlub olması. Türk əsgərinin məcbur geri qayıtması, çox sayda şəhid verilməsi.
Əlbəttə ki, bu dediklərim konspirologiyaya da bənzəyir. Amma nəzərə alaq ki, bu proqnozlar meşə yanğınlarından aylarla əvvəl verilib.
-Amma maraqlıdır ki, Türkiyə ilə yanaşı İtaliyanın Siciliya adası, eyni zamanda Amerikanın Kaliforniya Ştatı və Kanadada da genişmiqyaslı meşə yanğınları davam edir? Bunu nə ilə izah etmək mümkündür?
-Burda ikili yanaşma var. Adətən isti yayı olan ölkələrdə bu cür yanğınlar xarakterikdir. Biz həmin ölkələri öz keçmiş statistikası ilə, Türkiyəni də öz keçmiş statistikası ilə müqayisə etməliyik. Bundan başqa dünyada iqim dəyişikliyini bəhanə edib, dünya nizamını yönləndirmək istəyən qüvvələr də var. Necə ki, pandemiayadan öz məqsədlərinə nail olmaq üçün istifadə edirlər, eynilə yanğınlardan da iqlim dəyişikliyi adı altında öz siyasi ideyalarını qəbul etdirmək üçün istifadə etmələri ilə bağlı fikirlər var. Amma biz digər ölkələrdəki yanğın səbəbləri ilə bağlı dəqiq nəsə bilmirik.
-Son zamanlar konispiroloji yanaşmalar özünü doğruldur. Bu hadisəyə bu kontekstdə yanaşanlar da az deyil. Məsələyə daha qlobal yanaşsaq, yanğınların texnosilah vasitəsilə törədilməsini və qlobal xarakterli prosesin bir hissəsini ehtimal emtək olarmı?
-Əlbəttə yanğın törətmək istəyən şəxs bunu ənənəvi üsullarla da, yeni, texnloji vasitələrdən istifadə etməklə də edə bilər. Burada hər şey aydındır. İqlim dəyişikliyi ilə bağlı ilk əsas hədəflərin müəyyən edildiyi yer kimi biz Roma Klubunu görürük. Bu klub insan irqinin təbiətə vurduğu ziyanın qarşısını almağı özünün əsas hədəfi elan edib. Yüzlərlə dövlət, siasət və biznes adamının daxil olduğu klubun rəsmi üzvləri Niderland və İspaniya kral ailələri də daxil olmaqla, bir çox indiki və sabiq prezidentlər və baş nazirlərdir. Eyni vaxtda bu istiqamətdə fəaliyyət göstərən əsas təşkilat Vəhşi Təbiət Fondudur (WWF). Hansının ki, təsisçiləri sırasına yenə də Niderland kraliçası Beatrisin atası Prins Bernhard, Kraliça Yelizavetanın mərhum əri Prins Filipp, Antarktida səyyahı Robert Skotun yeganə oğlu Peter Skott və Rokfeller ailəsindən Qodfrey Rokfeller daxildir. Və bu qruplar vəhşi təbiətin qorunması üçün insan sayının limitli olmasında həmfikirdirlər. Üsullar barədə isə konspiroloji fərziyyələr çoxdur.
-BMT davamlı olaraq qlobal istiləşmələrlə bağlı həyəcan təbili çalır. Davosda bununla bağlı fikirlər səsləndirilir və bir müddət sonra bu hadisələr baş verir...Necə izah etmək olar? Səsləndirilən fikirlərin təsdiqi üçün bu hadisələrin törədilmə ehtimalı istisnadırmı?
-Mən şəxsən istisna etmirəm. Tamamilə mümkündür. Amma bununla bağlı əlimizdə kifayət qədər məlumat yoxdur. Sırf Türkiyə nümunəsində isə bunun qəsd törədilməsi açıq-aydın ortadadır.
-Bir çox xarici ekspertlər davamlı olaraq "Böyük Reset" planlarını müzakirə edirlər və yanğınları bu faktora bağlayanlar da az deyil. Koronavirusdan sonrakı mərhələ - iqlim müharibələrinin başlanğıcı kimi də ehtiva olunur. Bir sıra rus alimlərinin fikrincə də hazırda dünyada davam edən daşqınlar və yanğınlar təbii fəlakət deyil, insan əməlidir...
-Bu məsələ yeni deyil. İnsan irqini dünyanı məhv etməsi fikri artıq onillərdir Qərb ictimai fikrinə yeridilir. Bir çox sahələrə baxsanız, heyvanların qorunması, heyvan haqları müdafiəsi artıq insan haqları müdafiəsindən önəmlidir. Qərb intellektual elitası belə düşünür ki, davamlı və dayanıqlı inkişaf üçün dünyada yarım-bir milyard arası əhali tamamilə kifayətdir. Bundan başqa, dürdüncü sənaye inqilabı dünya iqtisadiyyatında keyfiyyət dəyişikliyi gətirir. Artıq istehsal üçün insanlara ehtiyac yoxdur. 3D printerlər, sənaye robotları, nanotexnologiyalar və sairə insan əməyini gördüyü hər şeyi əvəz edə bilər. Deməli, dünya iqtisadiyyatının davamlı olması üçün ucuz işçi qüvvəsinə də ehtiyac yoxdur. Britaniya bunu bir dəfə yaşayıb: onda deyirdilər “qoyunlar insanları yedilər”. İndi isə deyeceklər: “Robotlar insanları yedilər”. İndi qalır əsas sual: insan irqi necə 0.5-1 milyard həddinə gətiriləcək. Bu sırf texniki sualdır. Hədəf bəllidir. Yeganə məsələ hansı üsulun tətbiq ediləcəyidir...
Əli Zülfüqaroğlu