• 27 Yanvar 2022
logo
“Baş Prokurorluğun təqdimatını şübhə altına almağa heç bir əsasımız yoxdur”

“Baş Prokurorluğun təqdimatını şübhə altına almağa heç bir əsasımız yoxdur”

Qüdrət Həsənquliyev: “Ümid edirəm ki, iş hərtərəfli araşdırlacaq, obyektiv qərar qəbul olunacaq”

“Həqiqətən də üzücü bir hadisə baş verib. Bizim həmkarımız qanunvericiliyi pozub. Bununla əlaqədar olaraq Baş Prokurorluq tərəfindən təqdimat daxil olub”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentn plenar iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili “əlbəttə bizim Baş Prokurorluğun təqdimatını şübhə altına almağa heç bir əsasımız yoxdur. Xüsusilə də ona görə ki, Eldəniz Səlimov törətdiyi əməli etiraf edib” - deyə vurğulayıb: “ Ona görə üzr də istəyib. Amma eyni zamanda o, ictimaiyyət üçün açıqlamasında bəyan edib ki, hadisə ona qarşı olan təqib və təzyiqlər nəticəsində baş verib. Mən çox istəyərdim ki, hörmətli Kamran müəllim (Baş Prokuror Kamran Əliyev) ictimaiyyətə, o cümlədən bizə məlumat versin ki, bu hadisəyə qədər Eldəniz Səlimov tərəfindən Baş Prokurorluğa, yaxud digər hüquq mühafizə orqanlarına hər hansı müraciət daxil olubmu? Belə bir müraciət varmı?
Yaxud ümumiyyətlə əgər ona qarşı təqib və təzyiqlər olubsa, bununla baş vermiş hadisə arasında hər hansı bir əlaqənin olub-olmaması ilə bağlı Baş Prokurorluqda bir məlumat varmı? Ona görə ki, söhbət deputatın əməlinə hüquqi qiymət verilməsindən gedir. Bu baxımdan, biz hər bir detala diqqətlə yanaşmalıyıq. Mən ümid edirəm ki, sona qədər Baş Prokurorluq, hörmətli Kamran müəllim bu işi şəxsi nəzarətində saxlayacaq. İş doğurdan da hərtərəfli araşdırılacaq, hərtərəfli, obyektiv qərar qəbul olunacaq. Sonda bir daha öz təəssüfümü bildirmək istəyirəm. Sözsüz ki, Baş Prokurorluğun təqdimatını müdafiə edirəm və qərar layihəsinə səs verəcəyəm”.
Əli Zülfüqaroğlu