“Jirinovski siyasi kloundur. Birmənalı. Bu, kəşf deyil, onun özünün səsi, danışığı, manerası, diksiyası bunu təsdiqləyir. Azərbaycana, türklərə qarşı bir aqressiyası, nifrəti var. Deyilənə görə bu aqressiya da Tükiyədə başına gələn hadisəylə bağlıdır. Bəlkə də Alma-Atada doğulduğuna görədir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov deyib. Onun sözlərinə görə, Jirinovskinin hər zaman bizim əleyhimizə olub və olacağı da şəksizdir: “Ermənistanın acı məğlubiyyəti onu da sarsıdıb, olan-qalanını da itirib. 44 günlük Vətən müharibəsi dönəmində hər gün RTR kanalında zingildəyirdi. O aparıcı iki nəfərlə birgə...
Nə oldu? Azərbaycan zəfərini qazandı. Jirinovski də daxil çoxları payını aldı. İndi də kimsə onun tətiyini (qulağı kimi də oxumaq olar) çəkib və zingiltisi gəlir...
Sultanlıq, şahlıq dövründəki siyasi təlxəklərin prototipidir. Belə təlxəklər bəzi ölkələrin siyasətləri üçün var və olublar, indən belə də olacaqlar. Çünki belə klounlardan bəzən siyasi gülüş üçün istifadə edilir. Onlara baxandan sonra komediya axtarmırsan, komediya aktyorlarını unudursan və siyasi təlxəklərə gülürsən”.