• 10 İyul 2025
logo
Zakir Həsənov orduya Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının dərhal alınmasını əmr edib

Zakir Həsənov orduya Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının dərhal alınmasını əmr edib

Müdafiə naziri Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqların icrası ilə bağlı komandir-rəis heyətinə müvafiq əmr və göstərişlər verib.
Bu gün Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.