• 28 Mart 2024
logo
"Onun yalı kəsilmiş tula kimi, “İlxam Qeydaroviç” qışqıra-qışqıra qaçdığının canlı şahidiyəm"

"Onun yalı kəsilmiş tula kimi, “İlxam Qeydaroviç” qışqıra-qışqıra qaçdığının canlı şahidiyəm"

Moderator.az Millət vəkili Qüdrət Həsənquliyevdən Vladimir Jirnovskinin Azərbaycanla bağlı növbəti sərsəm fikirlərinə münasibətini öyrənib.

"Məşhur bir lətifə var. Bir gün mübahisə edən canavarla eşşək gəlirlər meşənin kralı - şirin yanına ki, kimin haqlı olduğunu müyənləşdirsinlər. Şirə yaxınlaşan canavar deyir ki, mən deyirəm çəmən yaşıldır, eşşək deyir sarı. Kim haqlıdır? Şir göstəriş verir ki, canavarı bir ay həbs edin. Canavar Şirdən soruşur ki, sən də çəməni sarı görürsən ? Şir cavab verir ki, yox. Çəmən yaşıldır, amma səni eşşəklə mübahisə etdiyin üçün bir ay həbs edirəm. İndi gərək Jirinovskiyə baş qoşanların hamısı həbs olunsun. Bu ləyaqətini itirmiş adamın, Parisdə NATO PA çıxış edib gedən İlham Əliyevin dalınca, yalı kəsilmiş tula kimi, “İlxam Qeydaroviç” qışqıra-qışqıra qaçdığının canlı şahidiyəm.

İndi başından böyük qələt edir. Hesab edirəm Azərbaycan mətbuatı türk düşməni olan bu məxluqun varlığını unutmalıdır. Rus ictimai-siyasi xadimləri, ziyalıları, başqa xalqları aşağılayan, bu murdar cındırın üzünə tüpürüb, gözünün içinə nə deməyiblər ki? Bu əxlaqsızı bir çox hallarda gülüş məqsədilə danışdırırlar. Onun ürəkbulandıran çıxışlarını dinləməkdənsə, unutmalıyıq".