Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin müxtəlif bölgələrində baş verən yanğınların davam etməsi və bunun nəticəsində insanların həyatını itirməsi ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa başsağlığı məktubu ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlamentin sədri öz adından və Azərbaycan Milli Məclisi adından yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
"Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır, dualarımız sizinlədir", - məktubda deyilir.