• 1 İyun 2023
logo
İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb

İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb - FOTO

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin açılış mərasimi olub.
Bu barədə İsrailin Azərbaycandakı səfirliyi "Twitter"də bildirib.
"Bu gün Azərbaycan İsrail əlaqələrinin tarixində vacib bir gündür", - səfirlik bildirib.
Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov iştirak edib.